“Azərsu” Şuşa şəhərində müvəqqəti su anbarını yaradır və nasos stansiyası inşa edərək Şuşaya əlavə su gətirəcək. Bu barədə 14 aprel tarixində Report "Azərsu” ASC-nin nümayəndəsi Ceyhun Məmmədova istinadən məlumat verib.
Onun sözlərinə görə, bu su anbarı Zarıslı çayının üzərində qurulacaq.
“Ağdamda iki kəşfiyyat quyusu qazılıb. Nəticədə bütün Ağdam şəhəri subartezian quyularından su ilə təmin olunacaq”, - qurumun nümayəndəsi əlavə edib.
O, bildirib ki, hazırda Füzuli və Cəbrayıl şəhərləri ilə bağlı layihələndirmə işlərinə başlanılıb.
“Azərsu” ASC Şuşada əhalinin suya tələblərinin ödənilməsi üçün iki mənbədən su verir.