“Azpetrol” Şuşa şəhərində 6 fevral tarixində sayca 103-cü modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Bu barədə 6 fevral tarixində şirkət məlumat yayıb.
Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və Dizel yanacaq növlərinin satışı olacaq.
Xatırladaq ki, “Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhəri Nəsimi rayonunun Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb.