Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının baş müəllimi Cavanşir Qasımov 73 yaşında vəfat edib. Bu barədə 9 avqust tarixində Report məlumat verib.
Cavanşir Qasımov 2003-ci ildən AzTU-da baş müəllim vəzifəsində çalışıb.
O, çoxsaylı elmi məqalə, metodik vəsait, dərs vəsaiti və fənn proqramının müəllifi olub.