Bərdədə 1994-cü il təvəllüdlü bacısını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub. O, 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda aprelin 6-da APA məlumat yayıb.
Qətl hadisəsi bu il avqustun 19-da günorta saatlarında Bərdə rayonu ərazisində baş verib. Fəqan Cabbarov bacısıyla aralarında yaranmış mübahisə zamanı bıçaqla ona müxtəlif xəsarətlər yetirərək həyatına son qoyub.
İlkin iddialara görə, hadisədən bir müddət əvvəl mərhumun ailəsində yaranan söz-söhbətlərə görə o, ər evini tərk edib və dayısıgilə gedib. Qardaşı onu o evdən götürüb öz evlərinə gətirərkən əkin sahəsində taksidən düşürüb. Qadın qaçmaq istədikdə cinayətkar ona hücum edib.