Bu gün, aprelin 2-də Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycanın 5 idmançısı mübarizə aparacaq.
Bunlar Rüstəm Orucov, Telman Vəliyev (-73 kq), Elcan Hacıyev, Murad Fətiyev (-81 kq) və Günel Həsənli (-70 kq) olacaq.
Qeyd edək ki, turnirin ilk günündə idmançılarımız medal qazanmayıb. Orxan Səfərov (-66 kq) zədələndiyindən bürünc mükafat uğrunda görüşə çıxmayıb.
Qeyd edək ki, yarışlara aprelin 3-də yekun vurulacaq.