Polkovnik Babək Mürsəl oğlu Ələkbərova general-mayor ali hərbi rütbəsi verilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, 44 günlük Vətən müharibəsində Arazboyu əməliyyatlarında iştirak edib.
B.Ələkbərov Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.
O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi tərəfindən bir çox orden və medallarla təltif edilib.
Eyni zamanda Ali Baş Komandan tərəfindən ona Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Bu yaxınlarda B.Ələkbərov DSX-nin Çevik Hərəkət Dəstəsinin (ÇHD) komandanı təyin edilib.
[playlist type="video" tracklist="false" ids="126009"]