Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov vəzifəsindən azad edilib. Bu barədə 12 avqust tarixində Report məlumat verib.
Məlumata görə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bununla bağlı əmr imzalayıb.
Qeyd edək ki, Naxçıvan MR-in təhsil nazirinin müavini də vəzifəsindən azad edilib.