Naxçıvan Muxtar Respublikasının Babək rayonunda avtomobil ana və oğlunu vurub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, dekabrın 7-də məlumat verir.
Rayonun Badaşqan və Hacıvar kəndləri arasında olan yolda avtomobil 36 yaşlı Badaşqan kənd sakini Əfsanə Əzimlini və onun 12 yaşlı övladı Tahir Əzimlini vurub.
Yaralılar Naxçıvan Sağlamlıq Mərkəzinə yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.
Hadisənin səbəbi araşdırılır.