Babək rayonunun Payız kəndində dəm qazından bir nəfər zəhərlənib. Bu barədə APA 17 yanvar tarixində məlumat verib.
1981-ci il təvəllüdlü Günel Məmmədova dəm qazının sızması nəticəsində zəhərlənib. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.