Azərbaycanın məktəbəqədər təhsil müəssisələrinin (bağça) müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb. Bu barədə 31 iyul tarixində Report məlumat verib.
Müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 7-si saat 11:00-dək bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsili və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaqlar.