Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə aprelin 9-da APA xəbər verib.
Hərəkət edən "Mercedes" markalı avtomobil eyni istiqamətdə olan "Opel" markalı avtomobillə toqquşub. Nəticədə "Opel"in 24 yaşlı sərnişini yaralanıb. O, xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.