Bakı-Şamaxı yolunda aprelin 8-də ölümlə nəticələnən qəza baş verib. Bu barədə “Qafqazinfo” portalı xəbər verib.
Yolun Abşeron rayonundan keçən 31-ci kilometrliyində “Opel” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. Nəticədə “Opel”də olan 24 yaşlı oğlan həlak olub.
Faktla bağlı araşdırma davam edir.