Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 220 psixoloq ümumi təhsil müəssisələrinə işə qəbul edilib. Bu barədə 12 aprel tarixində İdarənin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, onlar müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurublar.
Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına əsasən, ümumi təhsil müəssisələri üçün şagird sayı 1 000-dək olduqda 1, 1 000-dən 3 000-dək olduqda 2, 3 000-dən çox olduqda isə 3 psixoloq ştatı müəyyən edilib.