Bakıda 24 yaşlı gənc bıçaqlanıb. Bu barədə 13 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü şəxs mübahisə zəminində bıçaqlanıb. Müayinə zamanı onun kürək nahiyəsində bir kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Hadisənin təfərrüatı araşdırılır.