Bakı şəhərində 38 yaşlı kişini avtomobil vurub. Bu barədə 17 mart tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil 1984-cü il təvəllüdlü şəxsi yolu keçərkən vurub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.