Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb. Bu barədə 1 aprel tarixində Apa məlumat verib.
Belə ki, 1985-ci il təvəllüdlü qadın yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı qadın xəstəxanaya çatdırılıb. Vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.