Bakı şəhərində velosiped yollarının salınması layihəsi çərçivəsində bu gün axşam 22:00-dan sabah səhər saat 06:00-dək nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Bu haqda martın 17-də Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Belə ki, işlər Səbail rayonu Üzeyir Hacıbəyli küçəsinin Puşkin, Rəşid Behbudov küçələri və Azadlıq prospekti ilə kəsişmələrində həyata keçiriləcək.
Sözügedən kəsişmələrdə hərəkət xətlənmə işlərinin aparılacağı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.