Bakıda dələduzluqda ittiham olunan "Mega City Holding” MMC-nin təsisçisi Fariz Nuriyevin barəsində toplanan cinayət işi materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda aprelin 12-də APA məlumat yayıb.
İş üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.
İttihama görə, o, şirkətin inşa edilən yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıb.