Bu gün, aprelin 4-də Bakıda güclü külək nəticəsində 35 ağac sınıb. Bu barədə APA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyinə istinadən xəbər paylaşıb.
Sınan ağaclar, əsasən, qovaq ağaclarıdır. Onlar ərazidən yığışdırılır. Küləkdən budaqları sınan ağacların isə budanması təmin olunur.
Həmçinin külək səbəbindən Xırdalanda 9 saylı məktəbin damı uçub. Qobustanda isə qum fırtınası müşahidə olunur.