Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 19 mart tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü şəxs idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.
Xəsarət alan xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol pəncənin ikinci daraq sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.