Bakıda 27 yaşlı gənci bıçaqlayan şəxsin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda martın 18-də Report xəbər paylaşıb.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ müəyyən edilməyib.
2021-ci ilin dekabr ayında saxlanılan şəxs 2 nömrəli Peşə Liseyinin yataqxanasının yaxınlığında 26 yaşlı şəxsi bıçaqlayıb. Zərərçəkmiş xəstəxanaya çatdırılıb. Onun həyatı xilas edilib.
Əməli törədən şəxs isə saxlanılıb. O, “qəsdən sağlamlığa ağır zərər vurma” maddəsilə ittiham olunur. Məhkəmənin qərarı ilə təqsirləndirilən gənc barəsində həbs qətimkan tədbiri seçilib.