Bakıda hamilə həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Pərvin Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda aprelin 9-da APA məlumat yayıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İnsident ötən il Nizami rayonunda, metronun Qara Qarayev stansiyasının yaxınlığında baş verib. 22 yaşlı qadın əri ilə mübahisə zamanı boğaz və döş qəfəsi nahiyələrindən bıçaq xəsarətləri alıb. Ona üç bıçaq zərbəsi vurulub.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun hamilə olduğu bildirilib.