Bakıda nəvə nənəsini qətlə yetirib. Bu barədə aprelin 12-də Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
Hadisə aprelin 11-də paytaxtın Suraxanı rayonunda baş verib. Belə ki, 23 yaşlı Murad İmanov aralarında yaranan mübahisə zamanı nənəsi Natalya Popovanın boğazına bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanılıb. M.İmanov şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə istintaq davam edir.