Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə martın 17-də DİN məlumat paylaşıb.
Əvvəllər də məhkum edilmiş paytaxt sakini Tariyel Quliyev Əhmədli qəsəbəsi ərazisində tutulub. Ondan 5 kiloqrama yaxın narkotik vasitə heroin aşkarlanıb.
Tariyel Quliyev paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Video: YouTube Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi