Bakıda ofis və mağazanın yerləşdiyi binada yanğın baş verib. Bu barədə 1 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, hadisə Binəqədi rayonunda baş verib. Belə ki, mağazanın anbarında taxtadan ibarət arakəsmə divar 8 m² sahədə və qismən ərzaq malları yanıb. Nəticədə yüksək temperaturdan 1 ədəd ödəniş terminalı və 1 ədəd kondisioner qarsalanıb.
Yanğın söndürülüb.