Bakıda təcridxanaya mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb. Bu haqda aprelin 5-də Ədliyyə Nazirliyi məlumat yayıb.
Belə ki, Ağdaş sakini narkotiklərin dövriyyəsi ilə məşğül olduğu üçün həbs edilən əri ilə qısamüddətli görüşə gəlib. Baxış zamanı onun pul kisəsindən danışıq kartları olan “Nokia” markalı telefonu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.