Bu gün, martın 17-də saat 1 radələrində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA məlumat yayıb.
Xəzər rayonunun Şüvəlan qəsəbəsində “Range Rover” markalı avtomobil “Opel”lə toqquşub. Nəticədə sonuncunun sürücüsü ölüb, digər sürücü və sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.