Bakının Səbail rayonunda beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən restoranda martın 15-də yanğın baş verib. Bu haqda Trend xəbər verib.
Fəaliyyət göstərməyən restoranın mətbəxində havalandırma sisteminin mühərriki yanıb. Alov söndürülüb.