Bakıda “Şabalıd” restoranında qumarxana təşkil etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub. Onlara 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) verilib. Bu haqda aprelin 7-də APA məlumat yayıb.
Belə ki, əməliyyat tədbirləri nəticəsində restoranın kabinetində 3 nəfərin qumar oynadığı aşkarlanıb. Oradan 3 ədəd kart dəsti və 1232 manat pul götürülüb.
Faktla bağlı məkanın icarədarı və ofisiantı barəsində “qumar oyunu təşkil etmə” maddəsilə cinayət işi başlanıb.