Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə aprelin 4-də APA məlumat yayıb.
Belə ki, insident "8-ci km bazarı"nda qeydə alınıb. Paytaxt sakini aralarında yaranmış münaqişə zəminində 28 yaşlı oğlana bıçaqla zərbələr endirib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.