Bakının Nəsimi rayonunda yerləşən “Cafe City” restoranı cərimələnib. Bu haqda martın 31-də Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Ötən gün ərzində ölkədə 99 ictimai iaşə obyektində 150 monitorinq keçirilib. Adıçəkilən məkanda qanunvericiliyin tələblərinin pozulması faktları aşkar olunub.
Bildirilib ki, məsələ ilə bağlı Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.