Bakıda bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda martın 17-də Trend xəbər paylaşıb.
Məlumata görə, idarəetməni itirən sürücü “Lada Priora” markalı avtomobili aşırıb. Nəticədə sürücü xəsarət alıb.
Avtomobildə sıxılı vəziyyətdə qalan yaralını hadisə yerində olan vətəndaşlar çıxarıblar.