Şərti adı "B-04" olan yeni metro stansiyasında platforma ilə stansiya yolu arasında təhlükəsizlik qapılarının quraşdırılması üçün infrastruktur yaradılacaq. Bu barədə aprelin 8-də Report "Bakı Metropoliteni" QSC-nin nümayəndəsinə istinadən xəbər verib.
Daha öncə inşa edilmiş stansiyalarda yeniliyin tətbiq edilməsi isə mümkün deyil. Buna səbəb infrastrukturun olmamasıdır.
Hazırda Avropanın bəzi şəhərlərinin metrolarında, o cümlədən Rusiyanın Sankt-Peterburq şəhərindəki metroda təhlükəsizlik qapıları mövcuddur.