Bakıda Nəsimi rayonunda yaşayış binasında yanğın baş verib. Bu barədə martın 16-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Binanın 6-cı mərtəbəsində ümumi sahəsi 135 m² olan mənzilin mətbəxində mebel və paltaryuyan maşın yanıb.
Daha öncə isə Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yanğın olub. Ümumi sahəsi 290 m² olan obyektin mətbəxində aspirator, kondisioner və fri aparatı yanıb.
Hər iki yanğın söndürülüb.