Şəmkirdə aprelin 8-i saat 23:00 radələrində sürücü digər hərəkət iştirakçısı tərəfindən qətlə yetirilib. Bu barədə Baş Prokurorluq xəbər verib.
Bakı-Qazax avtomagistral yolunda hərəkət edən Samir Abdullayev əvvəllər məhkum olunmuş Rasim Bağırovun idarə etdiyi avtomobilin qarşısında qəflətən manevr edib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Nəticədə isə Rasim Bağırov Samir Abdullayevi bıçaqlayaraq öldürüb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb. Əməli törədən şəxs saxlanılıb.