Bakı-Quba yolunda xəsarətlə nəticələnən yol qəzası olub. Bu haqda martın 18-də Report məlumat yayıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1982-ci il təvəllüdlü M.Hüseynova və onun 14 yaşlı övladı C. Hüseynli xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.