Bakı-Quba yolunun təmiri mərhələli şəkildə baş tutacaq. Bu barədə aprelin 6-da Trend Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər yayıb.
Sözügedən yolun Bakı-Sumqayıt hissəsinin 30 kilometri artıq təmir olunub. Hazırda yolun Tağıyev qəsəbəsi hissəsində yenidənqurma işləri icra olunur.
Bununla yanaşı, Bakı-Quba-Rusiya istiqamətində yeni avtomobil yolunun inşasının 2022-ci ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Nəticədə Bakı-Quba yolunda hərəkət intensivliyi azalacaq.