Bakı sakinindən hədə-qorxu ilə pul tələb edən şəxslər tutulub. Bu barədə 17 mart tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Məlumata əsasən, Polis Şöbəsinə martın 9-da 3 nəfərin Bakı şəhər sakinini döyəcəkləri ilə hədələyib 1200 manat borcunu ödəmək üçün mobil telefonunu 1500 manata satdırıb pulunu götürmələri barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakinləri saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.