Bakının Bakıxanov qəsəbəsində 6 küçədə təmir işlərinə başlanılıb. Bu haqda martın 17-də APA məlumat yayıb.
Təmir işləri Ruhulla Axundov (600 m), Oskar Əfəndiyev (1500 m), Şamil Kamilov (1800 m), Sülh (550 m), Ramiz Qəmbərov (400 m) və Əşrəf Yunusov (950 m) küçələrində aparılacaq.
Sözügedən küçələrdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Küçələr boyu yağış-kanalizasiya sistemlərinin bərpa olunaraq işlək vəziyyətə gətirilməsi, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulması işləri də yerinə yetiriləcək.