Bakıda 11 aylıq körpə qəfil ölüb. Bu barədə 18 iyul tarixində Lent.az məlumat verib.
Hadisə paytaxtın Yasamal rayonunda baş verib. Belə ki, 11 aylıq Məstənzadə Aynur Əfqan qızı evdə qəfil halı pisləşərək ölüb.
Valideynləri uşağın istidən öldüyünü deyiblər. Anası uşağı yatırarkən yorğana bükürmüş.
Lakin ölümün dəqiq səbəbləri ekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.