Bakıda 11 yaşlı qız dəm qazından boğularaq ölüb. Bu barədə 2 fevral tarixində APA məlumat verib.
Xəzər rayonunun Binə Südçülük sovxozunda 2013-cü il təvəllüdlü Mədinə İsmayılova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa, Quba rayonunun Xaltan kəndində yaşayan Sədaqət Ramazanova da dəm qazından boğulub.
Hər iki faktla bağlı araşdırma aparılır.