Bakıda 13 yaşlı qız itkin düşüb. Bu barədə 18 avqust tarixində Report məlumat verib.
Hadisə avqustun 15-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, 2010-cu il təvəllüdlü Aytac Məhərrəmli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.