Bakıda 30 yaşlı oğlan bıçaqlanıb. Bu barədə 19 iyun tarixində APA məlumat verib.
Hadisə Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb.
1993-cü il təvəllüdlü Turan Məmmədov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.