Bakıda ustanı elektrik cərəyanı vuraraq öldürüb. Bu barədə 13 iyul tarixində Report məlumat verib.
Belə ki, Oğuz rayonunun Şirvanlı kənd sakini, 1977-ci il təvəllüdlü Vüqar Telman oğlu Qasımzadəni Bakıda usta işlədiyi yerdə elektrik cərəyanı vurub.
Nəticədə o, hadisə yerində ölüb.
Məlumata görə, 46 yaşlı V.Qasımzadə bir müddət idi ki, paytaxtda usta işləyirdi.
Faktla bağlı araşdırma aparılır.