Bakıda 5-ci mərtəbədə fasad quran şəxs yıxılaraq ölüb. Bu barədə 11 avqust tarixində Baş Prokurorluq məlumat verib.
Belə ki, avqustun 10-u saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində 1996-cı il təvəllüdlü Razi Bayramov 9 mərtəbəli yaşayış binasının fasadında quraşdırma işləri apararkən 5-ci mərtəbədən yerə yıxılaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.