Bakının Xəzər rayonunda döyülmə hadisəsi baş verib. Bu barədə 10 noyabr tarixində Report məlumat verib.
1966-cı il təvəllüdlü Əliyeva Olqa Vladimir qızı döyülüb. Ağır xəsarət alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin və üz nahiyəsinin çoxsaylı əzikləri diaqnozu qoyulub.
Onun gəlini şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.