Bu gün günorta saatlarında Bakının Xətai rayonunun "8 Noyabr" prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 5 dekabr tarixində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.
Qeyd olunub ki, yolun hər iki tərəfində yerüstü piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurub.
“NİİM-in müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olur ki, bir çox piyadalar bu yolda olan yerüstü piyada keçidlərindən istifadə etməyib, həyatlarını təhlükəyə atırlar”, - məlumatda qeyd olunub.