Bakı şəhərinin Sabunçu rayonunun bir hissəsinə, Abşeron rayonunun bir hissəsinə və Sumqayıt şəhərinin Bağlar ərazisinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Bu barədə 16 yanvar tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat verib.
Suyun verilişində məhdudiyyətlər magistral su kəmərində aparılan təmir işləri ilə bağlıdır.