Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq, 5-6 avqust tarixlərinə əlavə qatar reysləri təyin edilib. Bu barədə 3 avqust tarixində “Azərbaycan Dəmir Yolları” məlumat verib.
Əlavə təyin edilən qatarlar hər şənbə və bazar günləri saat 08:25-də Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks-istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzil başına çatır.