"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq, həftəsonuna Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. Bu barədə 24 noyabr tarixində cəmiyyət məlumat yayıb.
Məlumata görə, noyabrın 25-də saat 07:50-də Bakıdan yola düşən qatar saat 12:51-də Ağstafaya çatacaq.
Noyabrın 26-da saat 16:30-da Ağstafadan yola düşən qatar saat 21:35-də Bakıya çatacaq.